BAKI, 9 noyabr. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 10-da Amerika Birləşmiş Ştatlarına rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Hakan Fidan regional və ikitərəfli məsələlərlə bağlı toplantılarda iştirak edəcək.
Qeyd edək ki, H.Fidanın bu həftə Pakistana da səfəri nəzərdə tutulub.