BAKI, 7 noyabr. TELEQRAF

Prezident Rəcəb Tayyib Ərdoğan 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran "X" platformasında yazıb.

Bildirilib ki, səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimdə iştirak edən Pakistan Baş Naziri Şahbaz Şərif ilə regional və qlobal məsələlər barədə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.