BAKI, 27 oktyabr. TELEQRAF
Pakistanın Azərbaycandakı səfirliyində “Kəşmirin Qara Günü” adlı tədbir keçirilib.
Teleqraf-ın xəbərinə görə, Pakistanın ölkəmizdəki səfiri Qasım Mohiuddinin bildirib ki, bu gün Hindistanın Cammu və Kəşmir ştatının bir hissəsini işğal etməsinin 78-ci ildönümüdür və hər il Pakistanda 27 oktyabr "qara gün" kimi qeyd edilir.
Diplomat vurğulayıb ki, Hindistanın Kəşmirdəki addımları beynəlxalq hüququn, BMT qətnamələrinin və Cenevrə Konvensiyasının açıq şəkildə pozulmasıdır.
"Həmin gün Hindistan qüvvələri beynəlxalq hüququ və Kəşmir xalqının istəklərini pozaraq Srinagara daxil oldular. Bu tarix Cənubi Asiya tarixinin ən qaranlıq fəsillərindən birinin başlanğıcını simvolizə edir. Mən onilliklər boyu zorakılıq, təzyiq və əsas hüquqlardan məhrumluğa məruz qalmış, Hindistan tərəfindən qanunsuz işğal olunmuş Cammu və Kəşmirdəki günahsız insanların qarşısında ehtiramımı bildirirəm.
Onların cəsarəti və fədakarlığı təkcə pakistanlılara deyil, həm də Kəşmirlilərin işğal altındakı mübarizəsində onlara sarsılmaz dəstək göstərən qardaş Azərbaycan xalqına ilham verir. İşğal və təzyiqlərin dayanmadan davam etməsinə baxmayaraq, Kəşmir xalqının müqavimət ruhu qırılmamış qalır. BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə təminat altına alınmış öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizələri əzmlə davam edir", - deyə Pakistanın ölkəmizdəki səfiri əlavə edib.
Qarabağ münaqişəsinə toxunan diplomat Azərbaycanın Pakistanla eyni faciəni yaşadığını bildirib.
Q.Mohiuddin Azərbaycanın ölkəsinə dəstəyini yüksək qiymətləndirib və bunun Pakistan xalqı üçün vacibliyini də vurğulayıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
FOTO: Elnur Muxtar