BAKI, 18 oktyabr. TELEQRAF

Biznesmen Samvel Karapetyanın rəhbərlik etdiyi “Bizim yol” hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyanın partiyasını seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmağı planlaşdırır.

Teleqraf ölkənin yerli mətbuatına istinadən xəbər verir ki, bunu İrəvanda keçirilən mitinqdə hərəkatın koordinatoru, Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan deyib.

"Mülki Müqavilə Partiyasının yenidən müxalifət partiyası olması üçün nə lazımdır? Biz seçkilərə hazır olmalı və bu məqsədə doğru çalışmalıyıq. Erməni xalqı ədalətli seçkilər yolu ilə bu qrupu hakimiyyətdən uzaqlaşdıra bilər".

Qeyd edək ki, erməni əsilli rusiyalı milyarder, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-nə keçən gecə saxlanılıb.