BAKI, 15 oktyabr. TELEQRAF
Ekvadorun Qvayakil şəhərində yerləşən Mall del Sol ticarət mərkəzinin qarşısında güclü partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə "La Republica" nəşri məlumat yayıb.
Hadisə nəticəsində 2 nəfər yaralanıb, bir nəfər isə ölüb. Yaralananların hər ikisinin taksi sürücüsü olduğu bildirilir.
Partlayış dalğası ticarət mərkəzinin fasadına, ərazidəki avtomobillərə və yaxınlıqdakı binalara ciddi zərər vurub. Zərər çəkən obyektlər arasında Ekvador prezidenti Daniel Noboanın ailəsinə məxsus investisiya şirkətlərinin ofisləri də var.
Hadisə yerinə polis və mina axtarış qrupları cəlb olunub, ərazi tamamilə mühasirəyə alınıb. İlkin versiyaya görə, partlayış avtomobilin altına yerləşdirilmiş mina nəticəsində baş verib.