BAKI, 15 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrin Birləşmiş Ştatların xəbərdarlığından sonra BRİKS alyansını tərk etməyə başladığını açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Argentinanın prezidenti Xavyer Miley ilə Ağ Evdə keçirilən görüş zamanı danışıb.
ABŞ liderinin sözlərinə görə, Vaşinqton BRİKS-ə qoşulmağı planlaşdıran ölkələri ixrac məhsullarına 100 faizədək gömrük rüsumu tətbiq etməklə hədələyib.
“Hamısı BRİKS-dən çıxdı. Onlar BRİKS-dən çıxırlar. BRİKS dollara qarşı hücum idi. Mən dedim: ‘Əgər bu oyunu oynamaq istəyirsinizsə, ABŞ-YƏ göndərdiyiniz bütün məhsullara rüsum tətbiq edəcəyəm’. Onlar da cavab verdilər ki, biz BRİKS-dən çıxırıq”, – Tramp bildirib.