BAKI, 13 oktyabr. TELEQRAF
“Biz irsimizə layiq gələcək yaradacağıq, biz bu regionun bütün xalqlarının fəxr edə biləcəyi bir miras qoyacağıq”.
Teleqraf "Fox News"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində çıxışı zamanı bildirib.
“Yeni dostluq, əməkdaşlıq və ticarət əlaqələri Təl-Əvivi Dubayla, Hayfanı Beyrutla, İsraili Misirlə, Səudiyyə Ərəbistanını Qətərlə, Hindistanı Pakistanla, İndoneziyanı İraqla, Suriyanı Bəhreynlə, Türkiyəni İordaniya ilə, Birləşmiş Ərəb Əmirliklərini Omanla, Ermənistanı Azərbaycanla yaxınlaşdıracaq”, - o qeyd edib.