BAKI, 13 oktyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzada atəşkəsi möhkəmləndirməyə həsr olunmuş Misir sammitində iştirakının qarşısını almaq üçün diplomatik addımlar atıb.

Teleqraf xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Türkiyə hökumət rəsmisi “Associated Press” agentliyinə açıqlamasında deyib.

Rəsmiyə görə, Türkiyənin təşəbbüsü bir neçə ölkənin dəstəyini qazandıqdan sonra Netanyahu tədbirə qatılmamaq qərarına gəlib.

Netanyahunun ofisi onun yəhudi bayramı səbəbindən sammitdə iştirak etməyəcəyini açıqlayıb.

Türkiyə rəsmisi Ərdoğanın təyyarəsinin Qırmızı dəniz üzərində dövrə vurduğu və Netanyahunun sammitə gəlməyəcəyi təsdiqləndikdən sonra endiyi barədə mətbuatda yayılan məlumatları şərh etməkdən imtina edib.