BAKI, 13 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” raketlərinin göndərilməsi ilə bağlı qərar qəbul etməzdən əvvəl bu məsələni Rusiya tərəfi ilə müzakirə edə biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Yaxın Şərqə uçuşu ərəfəsində jurnalistlərə deyib.
“Düzünü desəm, ola bilsin ki, “Tomahawk” mövzusunda Rusiya ilə danışmalı olacağam,” - Tramp qeyd edib.
O əlavə edib ki, Ukrayna münaqişəsində irəliləyiş və ya razılaşma əldə olunmasa, bu raketlərin Kiyevə göndərilməsi variantını nəzərdən keçirə bilər.