BAKI, 10 oktyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin İraqın baş naziri Məhəmməd əs-Sudani ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı tərəflər vurğulayıblar ki, ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planının aktiv mərhələsinin başlaması səbəbindən bir çox ərəb liderləri Moskvaya gəlməkdə çətinlik çəkə bilər.

Putin və əs-Sudani sammitin daha əlverişli vaxta keçirilməsinin məqsədəuyğun olduğunu bildirərək, yeni tarixin əlavə razılaşdırılacağını qeyd ediblər.