BAKI, 10 oktyabr. TELEQRAF

ABŞ Nəqliyyat Nazirliyi Çin aviaşirkətlərinə ABŞ-yə və ya ABŞ-dən həyata keçirilən uçuşlar zamanı Rusiyanın hava məkanından istifadə etməyi qadağan etməyi təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi nazirliyin hazırladığı sərəncam layihəsinə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ aviaşirkətləri uzun müddətdir Çin daşıyıcılarına Rusiyanın hava məkanından keçməyə icazə verilməsini ədalətsiz hesab edirlər. Qeyd olunur ki, 2022-ci ildə Amerika aviaşirkətlərinə Rusiyanın üzərindən uçmaq qadağan olunmuşdu.

ABŞ Nəqliyyat Nazirliyi bu fərqin rəqabət mühitində ciddi disbalans yaratdığını bildirir.

Məlumata görə, Çin aviaşirkətlərinə qarşı yeni məhdudiyyətlərin tətbiqi təşəbbüsü 9 oktyabrda prezident Donald Tramp administrasiyası tərəfindən irəli sürülüb.