BAKI, 10 oktyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı qüvvədə olan sanksiyaların sərtləşdirilə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Finlandiya prezidenti Aleksander Stubb ilə görüşü zamanı danışıb.

O, Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiq olunub-olunmayacağı ilə bağlı suala cavabı olaraq bunun mümkün ola biləcəyini deyib.