BAKI, 9 oktyabr. TELEQRAF
Vaşinqton və Tehran ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra mümkün razılaşmanı müzakirə edirlər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində danışıb.
“Biz indi elə bir mərhələdəyik ki, İran, mən və bir neçə başqa şəxs mümkün razılaşma barədə danışırıq. Bu, artıq çox fərqli bir İrandır”, – deyə ABŞ lideri bildirib.
Prezident hansı konkret sazişin müzakirə edildiyini açıqlamayıb.
Qeyd edək ki, 2025-ci ildə ABŞ və İran arasında nüvə məsələsinə dair beş danışıqlar raundu nəticəsiz başa çatmışdı.