BAKI, 9 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun parlamentdə (Knesset) çıxışla bağlı dəvətini qəbul edəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid məlumat yayıb.
“Onlar istəyirlər ki, mən Knessetdə çıxış edim və əgər doğrudan da bunu istəyirlərsə, mən bunu mütləq edəcəyəm”, - Tramp deyib.
ABŞ lideri İsraillə HƏMAS arasında Qəzza ilə bağlı razılaşmanın ilk mərhələsinin imzalanmasından sonra Netanyahu ilə apardığı telefon danışığını yüksək qiymətləndirib.
Tramp qeyd edib ki, Netanyahu razılaşmadan məmnundur və bu, böyük bir uğurdur.
“Bütün dünya, o cümlədən əvvəllər düşmən olmuş ölkələr belə, bu razılaşmanın əldə olunması üçün birləşdi”, - ABŞ lideri vurğulayıb.