BAKI, 8 oktyabr. TELEQRAF
Ekvador Prezidenti Daniel Noboanın korteji naməlum şəxslər tərəfindən atəşə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə "Radio Atalaya" radiokanalı məlumat yayıb.
Bildirilir ki, atəş prezident kortejindəki avtomobillərə, o cümlədən baş nazir və digər hökumət rəsmilərinin olduğu maşınlara yönəlib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobillərdə güllə izlərinin olduğu görünür.
Prezident Administrasiyası hücumu təsdiqləyib, lakin atışma barədə birbaşa məlumat verməyib. Qeyd olunub ki, hadisə D.Noboa bölgədə kanalizasiya sistemlərinin istifadəyə verilməsi ilə bağlı tədbirə gedərkən baş verib.
Hökumət nümayəndələrinin sözlərinə görə, hücumun arxasında radikal qruplar dayanır və onlar terrorçuluq və sui-qəsd maddələri ilə məsuliyyətə cəlb olunacaqlar.