BAKI, 8 oktyabr. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu 7 oktyabr 2023-cü il hücumlarının ikinci ildönümü ərəfəsində HƏMAS-ı məğlub edəcəyini və Qəzzadan bütün girovların geri qaytarılacağını vəd edib.

Teleqraf xəbər verir ki, B.Netanyahu hadisələri “dəhşətli qırğın” adlandırıb.

O, ölkənin ağır itkilər verdiyini, lakin məğlub olmadığını bildirib. O qeyd edib ki, İsrail ordusu HƏMAS-ı məğlub etmək, bütün girovları azad etmək və Qəzzanın təkrar təhlükə mənbəyi olmaması üçün əməliyyatları davam etdirir.