BAKI, 6 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Texasdan 400 Milli Qvardiya hərbçisinin ölkənin digər bölgələrinə göndərilməsi barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə İllinoys ştatının qubernatoru Cey Robert Pritsker məlumat verib.

Onun sözlərinə görə, qvardiya bölmələri İllinoys, Oreqon və ABŞ-nin digər ştatlarında yerləşdiriləcək.