BAKI, 6 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp dekabrda Virciniya sinifli yeni nüvə enerjili hücum sualtı qayığının (NPS) tikintisinə başlanılacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Virciniya ştatının Norfolk şəhərindəki Atlantik Donanma bazasında xidmətin 250 illiyi münasibətilə çıxışı zamanı danışıb.
Hazırda bu istiqamətdə işləri sürətləndirmək üçün "Electric Boat" şirkətinə 987 milyon dollar vəsait ayrılıb. Məqsəd sualtı qayıqların əsas komponentlərinin hazırlanması və verfi ilə tədarükçülərin dəstəklənməsidir.