BAKI, 29 sentyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xerson şəhərində yenidən partlayış səsləri eşidilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “İctimai” telekanalı məlumat yayıb.

Qeyd edək ki, səhər və gündüz saatlarında şəhərdə artıq iki partlayış seriyası baş verib.

Şəhərdə elektrik xətlərinin zədələndiyi bildirilir. Hakimiyyət sakinləri çoxmərtəbəli binaların yuxarı mərtəbələrində su təchizatında mümkün fasilələr barədə xəbərdar edib.