BAKI, 26 sentyabr. TELEQRAF
Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyaların təsdiqlənməsi prosesinin sadələşdirilməsini nəzərdə tutan təklif irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Qeyd edilir ki, təklifə əsasən, sanksiyaların qəbul edilməsi və ya uzadılması bundan sonra yekdillik əsasında deyil, ixtisaslaşdırılmış səs çoxluğu ilə həyata keçirilə bilər.
Sənəddə vurğulanır ki, bu dəyişikliklərin əsas məqsədi Macarıstanın prosesin qarşısını alması riskini aradan qaldırmaqdır. Diplomatların fikrincə, yeni mexanizm sanksiyaların vaxtında və daha operativ qaydada təsdiqlənməsini təmin edəcək.