BAKI, 26 sentyabr. TELEQRAF

Ankara Vaşinqtonun müəyyən sorğusunu yerinə yetirərsə, F-35 qırıcılarının Türkiyəyə tədarükünə asanlıqla razılıq verə bilərəm.

Teleqraf xəbər verir ki, bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.

"İstəsəm, bunu asanlıqla edə bilərəm. Bəli, biz bunu edə bilərik", - Tramp qırıcıların Türkiyəyə tədarükü imkanı barədə danışarkən bəyan edib.

Bu sövdələşmənin həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı suala amerikalı lider belə cavab verib: "Bu, onun (Türkiyə Prezidenti Tayyip Ərdoğanın - red.) bizim üçün bir şeyi edib-etməyəcəyindən asılı olacaq".

Bununla belə, Ağ Ev rəhbəri söhbətin konkret nədən getdiyini açıqlamayıb.