BAKI, 25 sentyabr. TELEQRAF
Ekvadorun Maçala şəhərində yerləşən həbsxanalardan birində rəqib dəstələrə mənsub məhbuslar arasında qarşıdurma baş verib.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı 14 nəfər həyatını itirib, daha 14 nəfər isə yaralanıb.
İnsidentin qarşısını almaq üçün polis qüvvələri həbsxanaya müdaxilə edib.