BAKI, 23 sentyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə qarşılıqlı münasibətləri barədə danışıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

Ərdoğan Putin ilə münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib.

“Vladimir Putinlə münasibətlərimiz ilk görüşümüzdən etibarən yaxşı olub”, - o deyib.