BAKI, 9 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin məzuniyyətə getməyi özünə rəva görə bilməz.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi Dmitri Peskov bildirib.

Bununla, o, dövlət başçısının ad günündə kiçik məzuniyyətə getmək planları ilə bağlı sualı cavablandırıb. "Yox, o, əslində, məzuniyyəti özünə rəva görə bilməz", - Rusiya liderinin mətbuat katibi bildirib.

Bundan əlavə, Peskov Putinin son günlərdə həftəlik normadan çox iş gördüyünü, lakin belə bir rejimdən sonra belə istirahət nəzərdə tutmadığını qeyd edib.