BAKI, 27 avqust. TELEQRAF

Ukraynanın Sumı vilayətində silsilə partlayışlar bir neçə infrastruktur obyektinin zədələnməsi ilə nəticələnib.

Teleqraf xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.

Vilayət ərazisində elektrik enerjisinin verilməsində fasilələr yaranıb, suyun aşağı təzyiqlə verildiyi bildirilir.

Sumı vilayətində hava həyəcanı davam edir. Həmçinin Dnepropetrovsk və Çerniqov vilayətlərində də həyəcan siqnalları işləyir.

Qeyd edək ki, avqustun 27-nə keçən gecə Sumıda azı 8 dəfə partlayış barədə məlumatlar daxil olub. Həmçinin Axtırkada 4 partlayış qeydə alınıb.