BAKI, 22 avqust. TELEQRAF

"Drujba" neft kəməri növbəti dəfə Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb və Rusiyadan Macarıstana neft nəqli dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat yayıb.

"Biz gecə Rusiya-Belarus sərhədindəki "Drujba" neft kəmərinə yeni hücum xəbərini aldıq. Bu, ölkəmizin enerji təhlükəsizliyinə hücumdur. Bizi müharibəyə sürükləmək üçün növbəti cəhddir. Bu, nəticə verməyəcək! Biz sülh səylərini dəstəkləməyə və milli maraqlarımızı qorumağa davam edəcəyik", - deyə nazir Feysbukda yazıb.

Qeyd edək ki, neft kəmərinə avqustun 18-də zərbə endirilməsi nəticəsində neft tədarükü dayandırılmışdı.