BAKI, 19 avqust. TELEQRAF

Rusiyanın işğal etdiyi əraziləri əks etdirən xəritə ilə bağlı ABŞ Prezidenti Donald Trampla uzun müzakirə apardıq.

Teleqraf xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə baş tutan müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mən xəritədəki faiz barədə mübahisə etdim, çünki bu faizi çox yaxşı bilirəm", - o bildirib.

Bununla belə, Zelenskinin sözlərinə görə, bu söhbət səmimi və məzmunlu oldu.

"Bu qədər ərazinin bu müddət ərzində ələ keçirildiyini demək mümkün deyil. Bu, vacib məqamdır", - o əlavə edib.