BAKI, 14 avqust. TELEQRAF

Hindistanın Kəşmir bölgəsində güclü yağışlar nəticəsində əksəriyyəti zəvvarlar olmaqla 37 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, Kəşmir polisinin məlumatına görə, hadisə nəticəsində 100-dən çox yaralı qeydə alınıb.

Qurbanların əksəriyyətinin "Machale Mata" məbədinə gedən zəvvarlar olduğu bildirilib.

"65 nəfər xilas edilib, ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Mərkəzi Sənaye Təhlükəsizliyi Qüvvələrinin (CISF) bir əməkdaşının cəsədi tapılıb, daha üç nəfər isə itkin düşüb", - polisin məlumatında qeyd edilib.