BAKI, 7 avqust. TELEQRAF

Çinin cənubunda yerləşən Quançjouda güclü yağışlar səbəbindən torpaq sürüşməsi baş verib.

Teleqraf xəbər verir ki, torpaq sürüşməsi evlərə ziyan vurub, nəticədə 14 nəfər dağıntılar altında qalıb.

Axtarış-xilasetmə işlərinə təxminən 150 xilasedici və yanğınsöndürən cəlb edilib.

Son məlumatlara görə, hələ də 5 nəfər dağıntılar altındadır. Onların xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir. Minlərlə yerli sakin təcili təxliyə edilib.