BAKI, 17 iyul. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün Nazirlər Kabinetinin iclası keçiriləcək.

Teleqraf xəbər verir ki, toplantıda əsas müzakirə mövzusu Türkiyədə terrorun tamamilə aradan qaldırılması ilə bağlı atılacaq addımlar və yeni dövr üçün hazırlanan yol xəritəsi olacaq. Həmçinin bu proseslə bağlı parlamentdə görüləcək işlər və bölgəyə təsir də dəyərləndiriləcək.

Toplantının gündəmində xarici məsələlər də yer alacaq. Xüsusilə, Suriyadakı son hadisələr, druz qrupları arasında baş verən qarşıdurmalar və İsrailin Suriyaya hücumları da müzakirə ediləcək mövzular arasındadır.