BAKI, 9 iyul. TELEQRAF

Keniyada yenidən başlayan hökumət əleyhinə etirazlarda ölənlərin sayı 31 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Keniya Milli İnsan Hüquqları Komissiyası məlumat yayıb.

Məlumata görə, iğtişaşlarda azı 107 nəfər yaralanıb.

Etirazçılar ölkə prezidenti Uilyam Rutonun istefasını, yerli polisin hesabat verməsini və iqtisadi islahatların aparılmasını tələb edirlər.