BAKI, 7 iyul. TELEQRAF

Böyük Britaniyanın “BAE Systems” şirkəti sifarişlərin olmaması səbəbindən “Eurofighter Typhoon” döyüş təyyarələrinin istehsalını müvəqqəti dayandırıb .

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Məlumata görə, şirkət 2017-ci ildə imzalanmış 5 milyard funt-sterlinqlik müqavilə çərçivəsində son təyyarələrini Qətərə təhvil verməyə hazırlaşır.

Bildirilir ki, hazırda təyyarə zavodunda yekun montaj üçün yalnız bir qırıcı qalıb.