BAKI, 30 iyun. TELEQRAF.

Vaşinqtonla ticarət və tarif danışıqlarında ölkəni təmsil edən Yaponiyanın iqtisadiyyat naziri Rösey Akadzava ABŞ-də maliyyə naziri Skott Bessentlə görüşə bilməyib.

Teleqraf "Kyodo" agentliyinə istinadən xəbər verir ki, o, Tokioya qayıtmağa qərar verib.

İyunun 26-29-da ABŞ və Yaponiya arasında məsləhətləşmələrin yeddinci raundu olmalı idi. İyunun 27-də R.Akadzava ABŞ ticarət naziri Hovard Latniklə görüşüb və ertəsi gün onunla iki dəfə telefonla danışıb. Yaponiya tərəfi ilk növbədə avtomobillərin rüsumlarının 25% azaldılmasına nail olmaq istəyir.

Yaponiya nümayəndəsi maliyyə naziri S.Bessentlə şəxsən görüşmək üçün ABŞ-də qalma müddətini uzadıb, lakin istəyinə nail ola bilməyib.