GƏNCƏ, 7 mart. TELEQRAF

Göygöldə evdə yanğın zamanı xəsarət alan şəxsin vəziyyəti orta ağırdır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, bu gün saat 11:00 radələrində 1975-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Üzün və əlin üçüncü dərəcəli yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

***

11:04

Göygölün Qızıl Qaya adlanan qəsəbəsində yanğın olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Rafael Qasımova məxsus yaşayış binasında yanğın zamanı qardaşı, 1950-ci təvəllüdlü Zöhrab Qasımov yaxın ətrafların yanğın diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə aparılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göygöl və Gəncə yanğından mühafizə idarəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Onların köməkliyi ilə yanğın söndürülüb, alovun ətraf yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

Şahidlərin sözlərinə görə, yanğından əvvəl evin içində güclü partlayış olduğu bildirilir.

Yanğının səbəbləri araşdırılır.