BAKI, 7 mart. TELEQRAF
Livanın şərqində yerləşən Nəbi Şit şəhəri yaxınlığında İsrail qüvvələrinin keçirdiyi əməliyyat zamanı 29 nəfər həlak olub, 35-dən çox insan isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Al-Hadath" telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail komando dəstəsi 1986-cı ildə əsir götürülmüş israilli şturman Ron Aradın qalıqlarını tapmaq məqsədilə dörd helikopterlə Nəbi Şit yaxınlığındakı dağlıq əraziyə eniş edib. İsrail hərbçiləri pilotun qalıqlarının dəfn olunduğu bildirilən Əl-Şokr ailə qəbiristanlığına doğru hərəkət edərkən pusquya düşüb.
***
13:32
İsrail ordusu İrandan daha bir hücum aşkarladığını və raketləri ələ keçirdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələri İrandan İsrail ərazisinə raket atıldığını aşkar edib.
Bildirilib ki, müdafiə sistemləri təhdidlərin qarşısını almaq üçün işləyir.
***
12:24
İsrail ordusu Tehran və İsfahanda hökumət hədəflərinə yeni genişmiqyaslı hücumlara başladığını elan edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü məlumat yayıb.
Bildirib ki, "İsrail Müdafiə Qüvvələri Tehran və İsfahanda genişmiqyaslı hücumlar həyata keçirib".
***
10:26
İsfahan şəhərinə ABŞ-İsrail hücumu nəticəsində 8 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Qeyd olunur ki, ABŞ və İsrailin İsfahan əyalətinə endirdiyi zərbələr nəticəsində 80 yaşayış binası zərər görüb.