BAKI, 28 iyun. TELEQRAF
Əgər Prezident Tramp saziş istəyirsə, İranın Ali Rəhbəri, Böyük Ayətullah Xameneiyə qarşı hörmətsiz və qəbuledilməz tonu bir kənara qoymalı, onun milyonlarla səmimi tərəfdarlarının qəlbinə toxunmağı dayandırmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.
“İsrail rejiminin bizim raketlərimizlə məhv edilməmək üçün "atasının yanına" qaçmaqdan başqa çıxış yolu olmadığını dünyaya göstərən böyük və qüdrətli İran xalqı təhdid və təhqirlərə yaxşı baxmır. Əgər xəyallar daha pis səhvlərə səbəb olarsa, İran öz həqiqi imkanlarını nümayiş etdirməkdən çəkinməyəcək, bu da İranın gücü haqqında hər hansı xəyala son qoyacaq”, - paylaşımda deyilir.