BAKI, 27 iyun. TELEQRAF
Rusiyada adı xarici agentlər siyahısına salınan aktyor Anatoli Belıy ona rus sənətçisi deməyi yasaqlayıb.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, o, israilli kimi təqdim olunmasını istəyir.
Aktyor vurğulayıb ki, onu "keçmiş rusiyalı" kimi də təqdim edə bilərlər.
Qeyd edək ki, aktyor Anatoli Belıy Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra İsrailə köçərək həmin ölkənin vətəndaşlığını qəbul edib.
O, 2006-cı ildə Rusiyanın əməkdar artisti adına layiq görülüb.