BAKI, 25 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşiqton tərəfindən İrana endirilən zərbələri İkinci Dünya müharibəsi zamanı Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombaları ilə müqayisə edib.
Teleqraf xəbər verir ki, bu barədə o, ABŞ-nin son hərbi əməliyyatlarını şərh edərkən danışıb.
“Bu zərbə müharibəni sona çatdırdı. Mən bunu Xirosima ilə birbaşa müqayisə etmək istəmirəm, Naqasaki ilə də deyil. Amma mahiyyət etibarilə bu da həmin müharibəni bitirən addıma bənzəyir”, – o qeyd edib.