BAKI, 14 iyun. TELEQRAF

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefonla danışıb.

Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, danışıqlar zamanı İsrail-İran münaqişəsi, regional və qlobal məsələlər müzakirə edilib.

Məlumata görə, danışıqlar zamanı Ərdoğan İsrailin İrana qarşı hücumlarını ən sərt şəkildə qınayıb və həlak olanlara görə İran xalqına başsağlığı verib.