BAKI, 10 iyun. TELEQRAF

Fransa İsraildən Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan mülki “Madleen” gəmisində saxlanılan fransız vətəndaşlarını dərhal azad etməyi tələb edib.

Teleqraf xəbər verir ki, bəyanat İsrail ordusunun gəmini ələ keçirməsindən bir neçə saat sonra verilib.

Qeyd edək ki, Böyük Britaniya bayrağı altında üzən və “Freedom Flotilla Coalition” (FFC) təşkilatının idarə etdiyi gəmidə simvolik yük olub. Missiyanın əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qəzzadakı humanitar böhrana yönəltmək olub.

Gəmini idarə edən qrup həbsin beynəlxalq sularda həyata keçirildiyini iddia edib və bunu dəniz hüququnun pozulması kimi pisləyib.

Gəminin göyərtəsində Avropa Parlamentinin Fələstindən olan üzvü Rima Hassan və isveçli Qreta Tunberq də daxil olmaqla 12 aktivist olub. Saxlanılan gəmi Aşdod limanına müşayiət edilib.