BAKI, 9 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio bazar günü Nyu-Cersi ştatının hava limanında təyyarəyə minərkən trapda ayaqları sürüşərək tarazlıqlarını itiriblər.

Teleqraf xəbər verir ki, hadisə “Fox News” telekanalı tərəfindən canlı yayımlanıb.

Məlumata görə, Tramp təyyarəyə qalxarkən pilləkənlərdə büdrəyərək yıxılıb, lakin dərhal özünü toparlayaraq tarazlığını bərpa edib. Təyyarəyə daxil olmamışdan əvvəl isə jurnalistlərə tərəf dönərək əl sallayıb.

Dövlət katibi Rubio da prezidentdən dərhal sonra trapla qalxarkən oxşar vəziyyətlə üzləşib.