BAKI, 6 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İlon Maskla mübahisədən sonra "Tesla" avtomobilini sata bilər.

Teleqraf xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd olunub ki, dövlət başçısı yekun qərar verməyib. Onun yaxın çevrəsinin məlumatına görə, ABŞ lideri avtomobilini hədiyə də edə bilər.

Xatırladaq ki, Tramp "Tesla"nı Maska dəstək məqsədilə almışdı. Ancaq onun iş adamı ilə münasibətləri pozulduqdan sonra sözügedən qərarı verib.