BAKI, 4 iyun. TELEQRAF
ABŞ administrasiyası öz xarici siyasətini müəyyən edərkən mövcud dünya nizamını deyil, öz milli maraqlarını əsas götürəcək.
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio "Amerika kompası" qeyri-hökumət analitik mərkəzinin təşkil etdiyi konfransda bildirib.
"Xarici siyasətimizin ilk növbədə Birləşmiş Ştatlar üçün nəyin yaxşı olduğuna yönəlməli və fokuslanmalı olması ideyası tamamilə itirilmişdi. Biz dəfələrlə xarici siyasətdə qərarları beynəlxalq nizam üçün və ya bütün dünya üçün nəyin yaxşı olduğuna əsaslanaraq qəbul etmişik", - o qeyd edib.
"Mən demirəm ki, bu şeylər əhəmiyyətsizdir, lakin xarici siyasətimiz üçün əsas prioriteti ABŞ və onun maraqları olmalıdır. Bu təcridçilik deyil, sağlam düşüncədir", - dövlət katibi əlavə edib.