BAKI, 3 iyun. TELEQRAF
İstanbul bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlu barədə daha bir maddə ilə cinayət işi açılıb.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlu təmsil olunduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci növbədənkənar qurultayında qanun pozuntularına yol verməkdə ittiham olunur.
Məlumata görə, aralarında İmamoğlunun da olduğu 12 nəfər “seçki qanununa qarşı çıxmaq” maddəsi ilə təqsirli bilinib.