
BAKI, 21 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinə səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu, onun Ukrayna Silahlı Qüvvələrinin bölgədən tam çıxarılmasından sonra ilk səfəridir.
Qeyd edək ki, Kursk vilayəti Rusiya ordusunun tam nəzarətinə aprelin 26-da keçib.