BAKI,16 may. TELEQRAF

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri ilə keçiriləcək danışıqlarda ABŞ-ni Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton təmsil edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edək ki, danışıqlarda ABŞ-ni Dövlət katibi Marko Rubionun təmsil edəcəyi bildirilirdi.