BAKI, 16 may. TELEQRAF
Rusiya, Ukrayna və Türkiyə nümayəndələri arasında üçtərəfli görüş bu gün saat Bakı vaxtı ilə 13:30-da İstanbulda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Bundan əlavə Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü Rusiya nümayəndələrinin iştirak edəcəyi görüşdən əvvəl keçiriləcək və saat 11:45-də (Bakı vaxtı ilə) başlayacaq.
Qeyd edək ki, danışıqlarda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Marko Rubionun da iştirak edəcəyi açıqlanmışdı. Ancaq Rusiya tərəfinin yaydığı məlumatda görüşün üçtərəfli keçiriləcəyi qeyd olunur.