BAKI, 15 may. TELEQRAF

Ukrayna nümayəndə heyəti Türkiyədə mütləq Rusiya nümayəndələri ilə görüş keçirəcək.

Teleqraf xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Türkiyədəki səfirliyində keçirtdiyi mətbuat konfransında bildirib.

"Biz danışıqların vaxtı və tarixi ilə bağlı ABŞ və Türkiyədən olan həmkarlarımızdan aydın siqnallar gözləyirik. Danışıqlar bu gün və ya sabah baş tuta bilər", - Zelenski qeyd edib.