BAKI, 15 may. TELEQRAF
"Ukraynanın nümayəndə heyəti İstanbulda keçiriləcək danışıqlarda atəşkəs məsələsini müzakirə etməyi nəzərdə tutur".
Teleqraf xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Türkiyədəki səfirliyində keçirtdiyi mətbuat konfransında bildirib.
O, danışıqların əsas mövzusunun Ukraynanın suverenliyi və təhlükəsizliyi olduğunu qeyd edib və atəşkəsin bütün münaqişə zonalarında tətbiq olunması üçün səylərin artırılacağını vurğulayıb.