BAKI, 15 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Türkiyədə Ukrayna ilə keçirilməsi planlaşdırılan danışıqlara hazırlıq məqsədilə xüsusi müşavirə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, müşavirə mayın 14-ü axşam saatlarında Rusiya nümayəndə heyətinin İstanbul səfərindən əvvəl baş tutub.

Görüşdə danışıqlarda iştirak edəcək rəsmi nümayəndə heyətinin üzvləri ilə yanaşı, bir sıra yüksək vəzifəli şəxslər də iştirak ediblər. Onların arasında xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov yer alıblar.

Müşavirədə danışıqlarda Rusiya tərəfinin mövqeyinin müəyyənləşdirilməsi və koordinasiyası əsas müzakirə mövzusu olub.